Ölkə
Muxtar Babayev Quterreşlə iqlim maliyyələşdirilməsinin genişləndirilməsini müzakirə edib
Muxtar Babayev Antonio Quterreşlə iqlim maliyyələşdirilməsinin genişləndirilməsini müzakirə edib.
Milli.Az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bakıda keçirilən COP29-un birinci günü çərçivəsində COP29-un prezidenti Muxtar Babayev və BMT-nin Baş katibi Antonio Quterreş arasında görüş keçirilib.
Onların müzakirələri iqlimin maliyyələşdirilməsinin genişləndirilməsi, uyğunlaşma səylərinin artırılması və daha dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığın təşviqinə yönəlib.
Milli.Az