Ölkə

Namiq bu addımına görə qınandı

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumu keçirilir. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, üç gündür davam edən forumda xanəndələr, müğənnilər, incəsənət və mədəniyyət xadimləri yer alıblar. Meyxanaçı Namiq Qaraçuxurlunun forumda yer alması isə sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları meyxanaçının Musiqi Forumuna qatılmasını tənqid ediblər. 

Mədəniyyət nazirliyinin əməkdaşı Günay Rəhimova məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, meyxanaçının tədbirə qatılması ilə bağlı bu sözləri qeyd edib:

“Ölkədə ilk dəfə keçirilən Musiqi Forumunda Namiq Qaraçuxurlunun iştirakı bir çox adamda sual yaradıb və dünəndən mənə neçə nəfər yazıb, hamıya bir-bir yazmaq olmur deyə, istədim bu məqamları cavablandırım. Namiq Qaraçuxurlu forumda ekspert ve moderator kimi iştirak etsəydi və səhnədən sualları cavablandırsaydı siz deyən idi, o, orada musiqi ilə məşğul olan 600 nəfər qonaqdan biri idi. Musiqi forumu- elmi praktik konfrans və ya elmi simpozium deyil, Musiqi forumu – müzakirə platformasıdır və musiqinin bütün janrları ilə məşğul olan hər kəs iştirak edib, onu narahat edən sualları verə bilər. Yeri gəlmişkən, Namiq Qaraçuxurlu ilə yaxın əyləşmişdim deyə, şəxsən deyə bilərəm ki, o, forum zamanı öz telefonu ilə məşğul olmurdu, yanındakılarla söhbət etmirdi, çıxıb foyedə gəzmirdi, bütün çıxışlara diqqətlə əvvəldən sona qədər qulaq asırdı”.

Qeyd edək ki, Musiqi Forumu oktyabrın 29-dan 31-nə kimi keçirilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button