Ölkə
Namiq Qaraçuxurlu vəfat edən anasından yazdı
Meyxanaçı Namiq Qaraçuxurlu ötən ay vəfat edən anası Qənirə xanımla bağlı paylaşım edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi valideyninin fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşərək bunları yazıb:
“Cismən uzaqlaşmağımızdan 40 gün keçir. Təsəllimiz bircə budur ki, ağrılardan qurtuldun. Anam, Allah sənə rəhmət eləsin”.
Qeyd edək ki, mərhum uzun müddət qida borusundakı xərçəng xəstəliyindən əziyyət çəkib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun