Ölkə

Namizəd dəstəklənmədi – Ali Məclisə sədr seçə bilmədilər

Xəbər verdiyimiz kimi, sentyabrın 26-da VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ilk iclası Ali Məclisin ən qocaman deputatı Ramiz Məmmədov aparıb.

İclasda Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb.

Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.

Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara verilib.

Deputatlar təkliflər irəli sürüb.

Qeyd edək ki, səsvermə nəticəsində Məmmədov Bəxtiyar İbrahim oğlu Ali Məclis sədrinin I müavini, Abdullayev Arzu Kamal oğlu Ali Məclis sədrinin müavini seçilib.

Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button