İdman

Namizədlər Turniri şahmatçılar üçün çox vacib yarışdır

Namizədlər Turniri şahmatçılar üçün çox vacib yarışdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun kişilər bölməsində yarımfinal mərhələsinin ikinci partiyasından sonra deyib.

Xatırladaq ki, şahmatçımız Nicat Abasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun kişilər bölməsində yarımfinalın ikinci oyununda rəqibi Maqnus Karlsenlə (Norveç) heç-heçə edib. Ötən gün N.Abasov ilk partiyada məğlub olub. Maqnus Karlsen – Nicat Abasov matçının ümumi hesabı 1,5-0,5 norveçli şahmatçının xeyrinə olub.

“Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda üçüncü yer uğrunda görüşdə rəqibim hələ ki, bəlli deyil. Bu oyunda əlimdən gələni edəcəyəm ki, kuboku üçüncü pillədə başa vurum”, – deyə o bildirib.

Maqnus Karlsen müsahibələrində dəfələrlə bildirib ki, əgər Namizədlər Turniri sistemində dəyişiklik olmazsa, o, iştirakdan imtina edəcək.

Nicat Abasovun sözlərinə görə, buna əsaslanaraq, üçüncü yer uğrunda oyunun nəticəsindən asılı olmayaraq, oyunçular Namizədlər Turnirində iştirak etmək şansı əldə edirlər:

“Ümid edirəm ki, buna ehtiyacım olmayacaq və üçüncü yer uğrunda görüşdə qalib gələcəm. Amma hər halda, Namizədlər Turniri şahmatçılar üçün çox vacib yarışdır və ona vəsiqə əldə etmək çox gözəldir”.

Ümumilikdə mundialdakı oyunundan danışan N.Abasov özündən yaxşı nəticə gözlədiyini, lakin yarımfinala yüksələcəyini və keçmiş dünya çempionu ilə oyun keçirəcəyini düşünmədiyini qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və İngilis dillərində yayımlanır. Yarışlar avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button