Ölkə

Narkotik çəkdi, “Prius”u uzanaraq SÜRDÜ

Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində “Toyota” markalı, 77-XA-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İsgəndərov Tahir Elşən oğlu qeyri-etik tərzdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Pol İdarəsi məlumat yayıb.

Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.İsgəndərovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

“Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.İsgəndərovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button