Ölkə

Naxçıvana səyahət edən sərnişinlərin nəzərinə!

AZAL Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərini aviabilet alarkən məlumatların düzgünlüyünü təmin etməyə çağırır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlər aviabilet alarkən şəxsiyyət vəsiqəsinin və ya pasportun əslini təqdim etməlidirlər. Bu, sərnişinlər haqqında məlumatların düzgünlüyünün və etibarlılığının təmin edilməsi, habelə onların hüquq və mənafelərinin müdafiəsi məqsədinə xidmət edir.

Bundan əlavə, AZAL sərnişinlərə kassalarında yarana biləcək növbələrin qaşısını almaq məqsədilə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından onlayn almağı tövsiyə edir. Bu, həmçinin hər bir səyahətçinin vaxtına qənaət etməyə kömək edəcək.

AZAL-ın rəsmi saytından Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə edilməsi ilə bağlı əlavə məlumatı: http://www.youtu.be/9PiPTkNkBSUlinkinə daxil olmaqla əldə etmək olar.

Sual yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button