Ölkə
Nazirdən medal qazanan şagirdlərlə bağlı paylaşım
Azərbaycan məktəbliləri beynəlxalq informatika olimpiadasında 2 medal qazanıblar.
Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev X hesabında yazıb.
“Çexiyanın Brno şəhərində keçirilən Mərkəzi Avropa İnformatika Olimpiadasında (CEOI 2024) məktəblilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar. Məktəblilərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik”, – nazir qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun