İdman

“Neftçi” Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb

Rusiyanın Sankt-Peterburq şəhərində hazırlığı davam etdirən “Neftçi” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Zenit”in təlim-məşq mərkəzində keçirilən hazırlıq prosesində rumıniyalı mütəxəssisin köməkçiləri – Alin-Nikolaye Çita, Aurelian-Boqdan Patraşku, Miodraq Todorov və Mihai-Qavril Nedeban da iştirak ediblər. Məşqdə isinmə hərəkətlərindən sonra əsasən toplu çalışmalar icra olunub.

Qeyd edək ki, “Neftçi” “Match TV” kubokunda sonuncu oyununu Türkiyə “Fənərbağça”sına qarşı keçirəcək. İyulun 15-də “Smena” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq. İyulun 18-də “Otkrıtiye Bank Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button