İdman

“Neftçi”nin oyunçusu tribunaya qalxdı, cazibədar xanımı ilə dodaq-dodağa… VİDEO

“Jelezniçar”la oyun “Neftçi”nin qapıçısı İvan Brkiç üçün xüsusi əhəmiyyət daşıyırdı. Belə ki, 28 yaşlı qolkiperin Daria adlı həyat yoldaşı əslən Bosniya və Hersoqovinadandır. Elə cümə axşamı keçirilən oyunda cazibədar xanım da Sarayevodakı “Qrbaviça” stadionunda olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.AZ sportinfo.az-a istinadən xəbər verir ki, 90 dəqiqə ərzində həyat yoldaşını tribunadan dəstəkləyən Daria qarşılaşma başa çatandan sonra Brkiçi yanına səsləyib.

“Neftçi”nin futbolçusu məhəccərlərdən tutaraq tribunaya qalxıb, xanımının təbrikini qəbul edib və cütlüyün görüşməsi ortaya təsirli sevgi səhnəsi çıxarıb.

Yeri gəlmişkən, Brkiç 2018-2021-ci illər aralığında Bosniyada “Zrinski Mostar”ın şərəfini qoruyub və model xanımla da məhz həmin ərəfədə tanış olub.

Cütlüyün birgə nigahdan Adrian adlı oğlu var.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button