İdman

Nicat Abasov beşinci raundun ilk partiyasında qalib gəlib

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda beşinci raundun ilk oyunları (kişilər arasında 1/8 final) başa çatıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan şahmatçısı Nicat Abasov beşinci turun ilk oyununda Saleh Salem (BƏƏ) üzərində qələbə qazanıb. Nicat Abasov beşinci turun ilk klassik partiyasını ağ fiqurlarla keçirib. İkinci partiya sabah, avqustun 13-də baş tutacaq.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FİDE Dünya Kuboku Bakıda keçirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button