İdman

Nicat Abasov üçüncü yer uğrunda mübarizə aparacaq

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan təmsilçisi Nicat Abasov beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. İlk oyunda uduzan Nicata cavab oyununda mütləq qələbə lazım idi.

Ağ fiqurlarla mübarizə aparan Nicat Abasov Maqnus Karlsenlə heç-heçə oynayıb. Ümumi nəticə 0,5-1,5 hesabı ilə uduzan Nicat avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button