Siyasət

Nifrətin qızışdırılmasından narahatıq – Ceyhun Bayramov

Azərbaycan insan hüquqlarının fundamental prinsiplərinin qorunmasına tam sadiqdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında deyib.

Nazir qeyd edib ki, insan hüquqlarının tam şəkildə həyata keçirilməsi davamlı sülh, inkişaf və bütün insanların rifahı üçün vacibdir:

“Dözümsüzlük və ayrı-seçkiliyin artması tendensiyası, islamofobiya və nifrətin qızışdırılmasının qorxulu təzahüründən narahatıq. Ayrı-seçkiliyin qarşısının alınması insanların hüquqlarının müdafiəsinin təmin edilməsində olduqca əhəmiyyətlidir”.

Xatırladaq ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button