Ölkə

“Nikosayağı” qəza baş verən zaman içkili olub?

Bakıda tanınmış blogerin düşdüyü qəza ilə bağlı dostu Adil Bağılı Baku Tv-yə danışıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, A.Bağırlı açıqlaması zamanı Nicat Şakirliyinin qəza zamanı içkili olması ilə bağlı iddiaları yalan adlandırıb:

“Mənə gecə saatlarında dostlarım məlumat verdi. Eşidən kimi özümü bura çatdırdım. Kaş bu hadisə olmazdı. Avtomobildə iki nəfər olub. Nicatın bir qolu amputasiya olunub, dostu isə rəhmətə gedib.

Nicatın sükan arxasında içkili olması barədə deyilənlər yalandır. Qətiyyən içkili olmayıb. Bu tip yalan xəbərlər yaymasınlar. Qəza zamanı Nicatın başqa dostunun da adını yalandan çəkirlər. Bu sadəcə layk yığmaq üçün yayılan məlumatdır. Belə şey etməsinlər, insanlar narahat olurlar. Yalandan xəbər yaymaq düzgün deyil”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button