Ölkə

“Nikosayağı”nın qəza törətdiyi avtomobilin YENİ GÖRÜNTÜLƏRİ

Bloqer Nicat Şakirlinin qəza törətdiyi avtomobilinin yeni görüntüləri yayılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, videoda blogerin “Porsche” markalı​ 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobilinin evakuatorla aparıldığı kadrlar əks olunub. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb. 

Sözügedən görüntülər sosial platformalarda yayılıb.

Məlumat üçün bildirək ki, ötən gün gecə saat 01 radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 30 yaşlı bloger Nicat Şakirli idarə etdiyi avtomobilini qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi​ “Scania” markalı yük avtomobilinə vurub.

Qəza nəticəsində Nicatın maşınındakı Gəncə şəhər sakini​ Ruslan Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button