Ölkə

Nizami Səfərov şəhid ailələri ilə görüş keçirdi

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Məclisin deputatı namizəd Nizami Səfərov Tovuz rayonun Abulbəyli kəndində şəhid Röyal Aslanovun və Emin Mahmudovun ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqalnıb və bildirib ki, daim diqqət mərkəzində olacaqalarına onları əmin edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, deputatlığa namizəd Nizami Səfərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il sonra ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdıraraq adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, gələcək nəsillərə örnək olduğunu qeyd edib.

Şəhid ataları Elzar Aslanov və Pünhan Mahmudov dövlət tərəfindən onlara daim göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz sevgi və hörmətini ifadə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button