Novruzəli Aslanov Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib
Milli Məclisin deputatı Novruzəli Aslanov oktyabr ayının 15-də İsmayıllı rayonunda II Qarabağ müharibəsində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ilə görüşüb.
Milli.Az bildirir ki, bu barədə aia.az saytı xəbər verir. Məlumatda bildirilir ki, deputat bu kateqoriyaya aid olan insanların daim acılarını bölüşür, onların arzu və istəklərinin yerinə yetirilməsi məqsədilə əməli tədbirlər görür. Novruzəli Aslanovun İsmayıllı rayonunda ailələrini ziyarət etdiyi şəhdlərimizi oxucularımıza da təqdim edirik:
Əsgər Məmmədli Cəmil Habil oğlu. 1999-cu iliyulun 28-də İsmayıllı rayonunda anadan olub. 15 oktyabr 2020-ci il tarixində Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. İsmayıllı rayon Şəhidlər xiyabanında dəfn edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”medalları ilə təltif olunub.
Əsgər Osmanlı Teymur Saday oğlu. 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. 17 oktyabr 2020-ci il tarixində Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Əsgər Mirzəliyev Aqil Mehman oğlu. 1999-cu il avqustun 8-də İsmayıllı rayonunda anadan olub. 20 oktyabr 2020-ci il tarixində Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. İsmayıllı rayon Şəhidlər xiyabanında dəfn edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Əsgər Həmzəyev Novruz Bəkir oğlu. 1992-ci il martın 22-də İsmayıllı rayonunda anadan olub. 8 noyabr 2020-ci il tarixində Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. İsmayıllı rayon Şəhidlər xiyabanında dəfn edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan həm Vətən müharibəsində, həm də keçən il keçirilmiş antiterror əməliyyatlarında əldə etdiyi parlaq tarixi Qələbələrinə görə qəhrəman hərbçilərinə, şəhid və qazilərinə borcludur. Buna görə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun