Ölkə

Nura yerli kanalları və serialları tənqid etdi: “Bərbaddır”

Müğənni Nura Suri yerli kanalları və serialları tənqid edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib. O, ölkəmizdə çəkilən serialların heç bir məna kəsb etmədiyini bildirib: 

“Bizdə çəkilən seriallar bərbaddır. Heç bir mesaj ötürmürlər. Yazılan ssenarilər heç bir məna kəsb etmir. 

Məncə Emil Quliyevdən başqa heç kəs serial çəkməsin. Bu günün ən yaxşı rejissorlarından biri, hətta birincisidir.

Ən səviyyəli serial və verilişlər İTV-dədir.

Türklərin “Kırmızı oda”, “İstanbullu gəlin”, “Çukur”, “Möhtəşəm yüz il” kimi seriallarına baxın. Milli mətbəxdən, tarixdən, ailə dəyərlərindən tutmuş musiqilərinə kimi təbliğat aparırlar. Biz niyə edə bilmirik? Niyə?”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button