Ölkə

Nyu-Yorkda keçirilmiş IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti keçirilib

Kamera və Orqan Musiqisi Zalının səhnəsində Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti tərəfindən Nyu-York şəhərində keçirilmiş IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti keçirilib.  Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, fəlsəfə doktoru, professor Nərgiz Əliyarovadır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Öncəliklə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin münsiflər heyətinin üzvü Cəlal Abbasov konsert haqqında öz fikirlərini dinləyicilərlə bölüşüb.

Proqramda Hacıbaba Əliyev 2 prelüd, Xan Şuşinski “Şuşanın dağları”,  Azərbaycan xalq mahnısı “Sarı gəlin” (piano üçün işləyəni müsabiqənin fəxri diplomu ilə təltif olunmuş Rüfət Xəlilov), Bayatı-Şiraz təsnifləri, IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin birinci yer laureatı Kian Ravaei (ABŞ)  “Sarı gəlin və çöl ağacı çiçəyi”, ikinci yer laureatı Ceyhun Allahverdiyev “Rəqs fantaziya”, üçüncü yer laureatı Xuanxo Villarroya Qrau (İspaniya)  “Sevgilimin bağçası” və Azərbaycan xalq mahnıları səslənib.

Musiqili gecədə Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu (xormeyster Naala Baratelia), konsertmeystrlər Fərdin İlham Məmmədzadə (piano), Xəyyam Məmmədov (kamança), Emin Eminli (tar), Tofiq Cabbarovun (nağara) müşayiəti ilə solistlər – Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova (soprano), Vəfa Vəzirova (xanəndə), Aytən Cavadova (piano), Orxan Əlizadə (xanəndə), Aytən Şahbazlı (piano) və Cadenza Orkestrinin artistləri (bədii rəhbər Türkər Qasımzadə) – Məhəmmədəli Paşazadə (klarnet), Afaq Qarayeva (piano), Georgi İmanov (cello), Nadir Eyvazov (violin), Aynur Əhədova (violin), İlqar Rzayev (viola), Asim Xəlilov (cello) öz ifalarını musiqisevərlərə çatdırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button