Ölkə

“O qədər pul, fantastik məbləğ təklif edirdilər ki…”

“Bu gün bütün günümü evdə keçirirəm. Oğlum, nəvələrimlə birlikdə günlərim yaxşı keçir. Oğlum məni evdən çölə çıxartmaq üçün çox cəhd edir. Mən isə evi sevirəm. Bir itim var, o da başımı qatır. Mən heyvanları sevirəm. Çünki onlar dilsiz-ağızsız canlılardır. Həyatımız pis keçmir. Görüşmək istəyənlər, gəlib müsahibə almaq istəyənlər olur, amma istəmirəm ki, bu vəziyyətdə məni görsünlər. Müalicələrimi də vaxtlı-vaxtında alıram. Dövlətimdən, prezidentimdən, tamaşaçılarımdan çox razıyam. Onlar üçün çox darıxıram. İnşallah ki, hər şey yaxşı olar və yenidən bir araya gələrik”

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bunu Medianews.az-a açıqlamasında görkəmli sənətkar, Xalq artisti Elmira Rəhimova deyib. Sənətkar bildirib ki, ifa etdiyi əsərlərdən heç vaxt razı qalmayıb: “Çox mahnılar, əsərlər ifa etmişəm. Sevindirici haldır ki, bu gün onlara gənclər də, orta yaş nəsil müğənnilər də müraciət edir. Bu, sənətkarın uğurudur. Amma mən oxuduqlarımdan heç vaxt razı qalmamışam. Bu gün bir daha onlara qulaq asıram və səhvlərimi tuturam. Bəlkə də bu səhv deyil, amma özümdən heç vaxt razılığımı dilə gətirməmişəm. Öz-özümə deyirəm ki, necə oldu ki, bunu belə etmədim?! Anam da həddindən artıq musiqiyə həvəsli olub. Lakin heç vaxt səsindən istifadə etməyib. Mənə elə gəlir ki, musiqinin sərhədi yoxdur. İnsan, ələlxüsus da sənətkar ömrünün sonuna qədər öyrənməli, oxumalıdır”.

Elmira Rəhimova heç vaxt pul müqabilində toylara getmədiyini söyləyib: “Qabağıma pul qoyublar, amma həyatımda bir dəfə də olsun pul müqabilində toya getməmişəm. Qohum-əqraba toylarında iştirak etmişəm. Xahiş edəndə utana-utana səhnəyə çıxıb, bir mahnı ifa etmişəm. Mən oxuyanda hər kəs çəngəl-bıçağı yerə qoyub, səsimi dinləyib. Bir yandan baxanda da düşünürəm ki, çox səhv etmişəm. Ona görə ki, müğənnilər toy səhnəsində tamaşaçılar qarşısında canlı ifalar etməklə öz səhvlərini düzəldirlər. Bir növ püxtələşirlər. Çünki toy səhnəsi, canlı ifalar etmək çox çətindir. Bizim dövrümüzdə buna bir başqa cür baxırdılar. Amma indiki zamanda münasibət çox yaxşıdır. İnsan öz fəaliyyəti tərəfdən əyər-əskiyini düzəldə bilər. Toylardan imtina etməyimin bir səbəbi də özümə, sənətimə, tamaşaçılarıma olan sevgim olub. Bu o demək deyil ki, toya gedən müğənnilər özlərinə hörmət etmirlər. Xeyr, belə demək istəmirəm. Amma mən istəməmişəm ki, yeyib-içilən məclislərdə səhnədə olum. O qədər pul, fantastik məbləğ təklif edirdilər ki.. Hətta elə bilirdim ki, toylara getmədiyim üçün bu pullarla məni sınayırlar. Bu gün zəmanə çətindir, hər kəs ailəsini dolandırır. Toya gedən müğənnilər də var. Amma toya gedən müğənnilər unutmasınlar ki, onlar Azərbaycan övladlarıdır, qızlarıdır. Özlərini təmiz adla, ləyaqətli aparmalıdırlar, özlərinə, musiqimizə hörmət etməlidirlər”

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button