Ölkə

“Oğurluğu şikayətçinin oğlu törədib” – DİN

Quba sakininin evindən oğurluq edən şəxslərin 1 aya yaxındır, azadlıqda gəzməsi ilə bağlı iddialara rəsmi münasibət bildirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən açıqlamaya görə, rayon sakini Zeynal Tarverdiyevin müraciəti ilə bağlı Quba RPŞ-də araşdırmalar aparılıb: “Məlum olub ki, oğurluğu edən həmin şəxsin oğlu Tarverdiyev Zaur Zeynal oğludur. Zaur Tarverdiyev hazırda müvafiq xəstəxanada müalicə olunur. Müalicəsi tamamlandıqdan sonra həmin şəxsin barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Qeyd edək ki, Z.Tarverdiyev Hurriyyet.az-a açıqlamasında mayın 30-da bir neçə nəfər şəxsin evindəki əşyaları oğurladığını, hətta qazi oğluna məxsus əlil arabasını apardığını bildirmişdi. O, aktlaşdırma işləri aparılsa da, oğruların bu günə qədər azadlıqda gəzdiyini iddia etmişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button