Ölkə

Oğuzda maşın aşdı, bir ailənin dörd üzvü xəsarət aldı

Oğuzda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kərimli-Oğuz-Şəki avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, hərəkətdə olan “Chevrolet” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə bir ailənin 4 üzvü, Bakı şəhər sakinləri – 1988-ci il təvəllüdlü Şirinov Kəbirağa Elbrus oğlu, 1993-cü il təvəllüdlü Şirinova Sevda Şəmşid qızı, 2013-cü il təvəllüdlü Şirinov Elbrus Kəbirağa oğlu və 2012-ci il təvəllüdlü Şirinov Hüseyn Kəbirağa oğlu müxtəlif dərəcəli bədən xasarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yərləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button