Siyasət

“Okampo planı” – ABŞ-ı şantaj etmək cəhdinə “Vaşinqton post”un “töhfəsi”

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ermənistan Azərbaycanla danışıqlar prosesini saxta “erməni soyqırımı” iddiası ilə pozmağa çalışır

Əslində, gözlənilən idi. Söhbət beynəlxalq hüquq üzrə dələduz Luis Moreno Okamponun “Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırımı” adlı saxta və sifarişli hesabatının hansısa Qərb nəşrində yayımlanmağından gedir. Hətta, son günlərdəki ermənipərəst mövqeyini nəzərə alsaq, hesabata “Vaşinqton post” qəzetinin də yer ayıracağı bir o qədər təəccüblü gəlmədi. Sifarişə gəldikdə, qaranlıq hüquq fəaliyyətinə malik Okamponu dövriyyəyə gətirənlər də məlumdur – erməni əsilli amerikalı pornoulduz Kim Kardaşyan və amerikalı klinik professor Erik İsraelyan. 

Qeyd edək ki, pro­fessor İsraelyan bir neçə gün əvvəl özünün so­sial şəbəkə hesabında Okamponun “hesabatını” böyük sevinclə paylaş­mışdı. Onun sevincindən “vəcdə gələn” dostu və iş ortağı Kardaşyan isə pro­fessorun paylaşımını öz səhifəsində bölüşmüşdü. Beləliklə, ictimai rəyə ilk “siqnal” ötürülmüşdü. İndi isə “Vaşinqton post” üçün həmin o siqnal “maraqlı” gəlib. Daha doğrusu, guya maraqlı gəlib. 

ABŞ nəşrinin son günlərdəki ermənipərəst mövqeyini vur­ğuladıq. Bunun üzərində bir qədər dayanaq. Deməli, “Vaşinq­ton post”un bir neçə gün əvvəlki yazısında Birləşmiş Ştatlar Ad­ministrasiyasına Azərbaycanda həbs olunan iqtisadçı ekspert Qubad İbadoğlunun məsələsini Bakı – İrəvan danışıqlarına da­şımaq çağırış edilmişdi. Məlum idi ki, bu çağırış ermənipərəst qüvvələrin sifarişi idi. Məqsəd isə danışıqlar prosesinə yeni “çalarlar” gətirmək və onlardan reallıqları dəyişmək naminə ya­rarlanmaqdır.

“Vaşinqton post”un erməni təəssübü

Bəli, “amplua”sına sadiq qalan “Vaşinqton post”un er­mənipərəst ritorikanın davamı baxımından, belə demək müm­künsə, tutacaq yeri BMT-nin Beynəlxalq Cinayət Məhkəmə­sinin keçmiş baş prokuroru, beynəlxalq hüquq üzrə eks­pert Luis Moreno Okamponun haqqında əvvəldə söz açdı­ğımız hesabatıdır. Okampo təfəkkürünün mücərrəd guşə­sində bəslədiyi “keyfiyyətləri­ni” işə salaraq bildirib ki, Azər­baycan Qarabağ ermənilərinin soyqırımına hazırlaşır. O, he­sabatında bununla əlaqədar xəbərdarlıq edib. Karyerası ər­zində qalmaqallarla yadda qal­mış Luis Morenonun hazırladı­ğı saxta sənədə istinad edən ABŞ nəşri, həmçinin BMT-nin Təhlükəsizlik Şurasına müra­ciətin ünvanlanmasını və “er­məni soyqırımı” məsələsinin beynəlxalq platformalarda mü­zakirə mövzusuna çevirməyin zəruriliyini açıqlayıb.

“Vaşinqton post”, eyni za­manda Okamponun beynəlxalq konvensiyalarda soyqırımının digər məsələlərlə yanaşı, “ya­şayış şəraitinin qəsdən dəyişdi­rilməsi” kimi təzahürünün möv­cudluğu tezisinə söykənərək, “soyqırımın həyata keçirildiyini güman etmək üçün ciddi əsas­lar var” deyə “həyəcan təbili” çalıb. Qəzetin “aclıq soyqırımı­nın görünməz silahıdır. Təcili kəskin dəyişikliklər edilməsə, bu erməni qrupu yaxın həftələr­də məhv ediləcək” kimi fikirlərin yer aldığı məqaləsində Qara­bağ münaqişəsinin tarixindən qısa şəkildə bəhs edilməklə bərabər, Ermənistanın Laçın – Xankəndi yolunun üzərində qurduğumuz Həkəri sərhəd nəzarət-buraxılış məntəqəsinə yaxın zonada hazırladığı “tır şousu”na da yer verilib.

Göründüyü kimi, Okampo­nun “hesabatından” söz açmaq da “Vaşinqton post”a verilmiş erməni sifarişidir. Yuxarıda bu sifarişin Kardaşyan – İsrael­yan işbirliyinin nəticəsi olduğu­nu vurğuladıq. Onu da nəzərə alaq ki, Ermənistan baş naziri Nikol Paşinyan da bu duet­lə sıx təmasdadır. Yada salaq ki, İsraelyan hələ 2019-cu ildə Paşinyanın start verdiyi ümu­merməni çağırışına qoşulanlar­dandır. Çağırışın məqsədi bəlli idi: dünyanın erməni lobbi və diaspor təşkilatlarını Ermənista­nın “yeni torpaqlar uğrunda yeni müharibə” avantürasına dəstək göstərməyə cəlb etmək. Pro­fessor İsraelyan isə ABŞ-dakı erməni lobbisinin əsas simala­rındandır. Onun Kardaşyanla biznes təşəbbüsləri ilə yanaşı, mövcud istiqamətdəki fəaliyyəti də var. Bu mənzərəni isə Paşin­yan – Kardaşyan “bacı-qardaş­lığı” tamamlayır. 

Okampo ABŞ-ı şantaj edir

Yeri gəlmişkən, Luis Mo­reno Okampo həyata keçirdiyi cəfəng işə ictimai məzmun qa­zandırmaq cəhdi ilə Paşinyan – Kardaşyan – İsraelyan oxu­na “xidmətini” bütövləşdirib. O, dünən özünün sosial şəbəkə hesabında K.Kardaşyanı və E.İsraelyanı “Qarabağ xalqının” səsini ABŞ Dövlət katibi Antoni Blinkenə çatdırmağa çağırıb. Moreno yazıb ki, Blinken vəziy­yəti dəyişdirə və bölgə ermə­nilərinin soyqırımını dayandıra bilən insanlardan biridir. 

Yəqin, Okamponun həya­sızlığına diqqət yetirdiniz. O, haqq-ədaləti məhz bu yolla ikinci plana atmağa çalışır. Eyni zamanda, öz “məqsədi” naminə Birləşmiş Ştatlar Administrasi­yasını şantaj etməkdən belə çə­kinmir. Dələduz hüquqşünasın çağırışı saxta soyqırımı iddia­sını danışıqlar prosesinə, daha doğrusu ABŞ vasitəçiliyinin tər­kibinə daxil etməkdir. Belə çıxır ki, əgər bu məsələ reallaşma­sa, Blinken soyqırımın gerçək­ləşməsinə göz yuman şəxsə çevriləcəkdir. Deməli, həm də bu qənaətə gəlmək mümkün­dür ki, erməni lobbi və diaspor təşkilatları Okamponun dili ilə ABŞ Administrasiyasını şantaj etmək yolunu tuturlar. Məqsəd aydındır: Vaşinqtonu ədalətli vasitəçilikdən yayındırmaq. 

Dələduz Moreno – vergidən yayınma, ofşorlarda hesab və… 

Okampoya gəldikdə isə o, pul üçün hər cür vicdansızlığa hazır fiqurdur. Dünyanın müxtə­lif media orqanları onun karye­rasındakı qaranlıq məqamlara kifayət qədər çox toxunublar. Məsələn, 2017-ci ildə Fransa­nın rəqəmsal “Mediapart” nəşri naməlum mənbələrdən Mo­renonun bütün elektron poçt yazışmalarının surətini əldə etməyə müvəffəq olmuşdu. Al­maniyanın “Der Spiegel” nəş­ri isə bu materiallar əsasında müəyyənləşdirmişdi ki, ekspert 2003-cü ildən bəri Argentinada vergi vermir. 

Məsələ burasındadır ki, al­man nəşri Moreno Okamponun ofşorlarda hesab və kampani­yalarının olduğunu üzə çıxar­mışdı. Onun özü də həmin qeyri-leqal zonalarda “işlədiyini” etiraf etmək məcburiyyətində qalmış və demişdi ki, Argenti­nada yaşamadığı üçün vergi ödəmir. 

Elə sözügedən tədqiqat əsa­sında Avropanın jurnalist şə­bəkəsi olan EIC xəbər vermişdi ki, Moreno Okamponun Hasan Tatanaki adlı müştərisi olub. Tatanaki liviyalı maqnat idi və ölkəsindəki hərbi cinayətlərdə ittiham edilirdi. Necə alındısa, Beynəlxalq Cinayət Məhkəməsi heç vaxt maqnatı qeyri-insani əməllərdə şübhəli bilmədi. Əl­bəttə, bu, Moreno Okamponun 2012-ci ilədək çalışdığı qurum­dakı baş prokuror “fəaliyyətinin” nəticəsi idi. 

Qaranlıq hüquq fəaliyyə­ti ilə ad çıxarmış Luis Moreno Okamponun daha bir krimi­nal dələduzluq şübhəli əməlini isə “Sunday Times” nəşri üzə çıxarmışdı. Nəşr müəyyənləş­dirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsindən çıxan elektron məktublarda Moreno məhşur kino ulduzu Ancelina Coli və çox güman, onun o zamankı həyat yoldaşı, tanınmış aktyor Bret Pittin köməyi ilə uqandalı hərbi rəhbər Cozef Konini na­hara dəvət etmək, onun həb­sinə nail olmaq və irəli düşmək istəmişdi. 

Okapmo – Arayik görüşü

Bəli, Okampo müxtəlif ci­nayətkar kriminal dairələrin, belə demək mümkünsə, haqlı çıxarıl­ması, cəzadan uzaq tutulması üzrə dünyanın say-seçmə hüquq mütəxəssislərindəndir. Yəni er­mənipərəst dairələr, indiki halda, Ermənistan baş naziri N.Paşin­yanın dirijor çubuğu ilə hərəkət edən Kardaşyan-İsraelyan tan­demi kimə, hansı məqsədlə üz tutduğunun fərqindədir. Luis Mo­reno saxta hesabat hazırlaya­raq, Azərbaycanın Qarabağ er­mənilərinə qarşı, guya, soyqırımı həyata keçirməsi ilə bağlı iddia­nın beynəlxalq hüquq müstəvi­sinə çıxarılmasına çalışır. Bütün bunlar öz yerində. 

Onu da bildirək ki, Qarabağ­dakı separatçı rejim üçün də Okampo yad fiqur deyil. O, sepa­ratçıların başçısı Arayik Arutun­yanla onlayn görüş keçirib. Bu fakt dələduz hüquqşünasın qa­ranlıq karyerası üçün ən böyük ləkədir. Digər ləkələr barədə isə yuxarıda bəhs etdik. Görünən budur ki, Luis Moreno üçün heç bir mənəvi dəyər olmadığı kimi, hüquq anlayışı da yoxdur. Hüquq onun üçün yalnız manipulyasiya predmetidir. Əks-halda, Qaraba­ğın Azərbaycan ərazisi kimi bey­nəlxalq səviyyədə tanındığını nəzərə alardı…

Paşinyanın danışıqlar prosesinə təsir cəhdi 

Sonda bütün bunların fonun­da gəldiyimiz qənaəti bölüşək. Görünən budur ki, Paşinyan sözdə Qarabağın Azərbay­can ərazisi olduğunu bildirsə də, bölgə ermənilərinin duru­mu müstəvisində beynəlxalq platformalara daşınan cəfən­giyyatlar baş nazirin sözlərinin əhəmiyyətini heçə endirməyə hesablanıb. Nikol bu il iyulun 15-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilmiş görüşədək Qarabağ ermənilə­rinin hüquq və təhlükəsizliyi məsələsini danışıqlar prosesinə daxil etməyə çalışdı. Lakin hə­min görüş göstərdi ki, nizamla­ma prosesinin mövzusu stabil­dir. Yəni İrəvanın iddiası keçərli deyil. Deməli, başqa nələrisə fikirləşib tapmaq zərurəti yaran­dı. Bu zaman Okamponun “he­sabatı” üzərində dayandılar. 

Bəli, Luis Morenonun cəfəng sənədi sayəsində for­malaşmasına hesablanmış yeni durumda Paşinyanın Qarabağ da daxil olmaqla, ölkəmizin ərazi bütövlüyünü tanımasının arxa plana keçməsi nəzərdə tutulur. Heç şübhəsiz, bu plan Nikolun özü tərəfindən işlənib hazırlanıb. Yəni o, danışıqlar prosesində, guya, konstruktiv olduğunu, beynəlxalq hüququ nəzərə aldığını təsdiqləyir, an­caq altdan-altdan dəstəklədiyi “təşəbbüslərlə” həmin hüququn bəyan etdiyi prinsiplərin interp­retasiyasına çalışır. İndi görü­nür ki, bu labirintin bir tərəfi də “Vaşinqton post”dur. Əks-təq­dirdə qəzet niyə Okamponun saxta mahiyyət daşıdığı şübhə doğurmayan hesabatını ictima­iləşdirsin ki?

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button