Ölkə

Öldürülən qadın müğənnilərimiz – FOTO

Qadınlara qarşı zorakılıq və qətllər davam edir. Öldürülən qadınların sayı durmadan artır. Qadın qətliamları müəyyən məcrada davam etsə də, ciddi fərq yaradacaq əsl artım şübhəli qadın ölümlərindədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az big.az-a istinadən öldürülən qadın müğənniləri təqdim edir.

Səbinə Abbasova – Bu gün saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub. Səbinə Abbasova müğənni olub və ögey qardaşı tərəfindən öldürülüb. Qətlə yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov ilə bağlı iş üzrə şübhəli şəxs qismində tutulub. Qeyd edək ki, H.Abbasov anasını qətlə yetirib və əvvəl də cinayət əməli törədibmiş.


Yaqut Həşimova – Bakıda qətlə yetirilən Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. o, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.

ÖLDÜRÜLƏN

Mirzəyeva Aygün – 1988-ci il təvəllüdlü müğənni Mirzəyeva Aygün Vaqif qızı 8-ci kilometr qəsəbəsində yerləşən otellərin birinin hamam otağında olarkən ona şəxsiyyəti hələlik naməlum olan şəxs 23 bıçaq zərbəsi vurulub. Aygün Mirzəyeva müğənni olub. Hadisə Bakının Nizami rayonunda baş verib.

ÖLDÜRÜLƏN

Nəzakət Məmmədova – 1944-cü il təvəllüdlü Nəzakət Məmmədova Gəncə şəhərində anadan olub. Azərbaycan SSR əməkdar artisti idi. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan həkimə- Karol Anatoli İvanoviçə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir. Qeyd edək ki, erməni əsilli həkim əməliyyata içkili vəziyyətdə olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button