İdman
Olimpia çempionu: Fransız azarkeşlər məni qorxutmağa çalışırdı – MÜSAHİBƏ
“Kolleksiyanı tamamladım. Bu 4 illik Olimpiada yolunda bütün titulları götürdüm”.
Qazi.az xəbər verir ki, bu sözləri İTV-yə müsahibəsində Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçumuz Hidayət Heydərov deyib.
“Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Buradan Azərbaycan xalqına çox sağol deyirəm. Yarımfinal və finala çıxdıqdan sonra bütün şərhləri oxumuşam. Hər kəsə təşəkkür edirəm. Fransalı azarkeşlər qışqıraraq məni qorxutmağa çalışırdılar. Fransız xalqı qışqırdıqca mən də rəqibə qışqırırdım. Mən rəqibi elə qorxudurdum. Fransız xalqı Azərbaycan himnini ayaq üstə dinləyəcək”, – qızıl medal mükafatçımız bildirib.