İdman

“Olimpiya” oyununu hansı kanal yayımlayacaq?

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq kanal müəyyənləşib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Adıçəkilən telekanal görüşü günün proqramına da daxil edib. Həmin gün saat 18:45-dən etibarən “Matça doğru” verilişi efirdə olacaq, 20:00-dan isə oyun tamaşaçılara canlı yayımla təqdim olunacaq.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk görüşün yayım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanmışdı.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button