İdman

Olimpiya və Dünya çempionlarını yetişdirən İdman Liseyi BAXIMSIZ HALDA…

Nüfuzlu yarışlarda ölkəmizin bayrağını dalğalandıran məşhur idmançıların yetişdiyi məkan baxımsız vəziyyətdə qalıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Bakıxanov qəsəbəsində yerləşən respublika Olimpiya İdman liseyindən gedir. Baxımsızlıqdan İdman zalları yararsız vəziyyətə düşüb.

Valideynlərin sözlərinə görə, uşaqlar burada idman etməklə yanaşı, təhsil almaq imkanına da malik olublar. Liseyin bağlı qalması şagirdlərin idmandan və təhsildən də kənar qalmasına səbəb olub.

Gənclər və İdman Nazirliyindən  bildirildi ki, Respublika Olimpiya İdman Liseyinin əsaslı təmiri və yenidənqurulması üzrə layihə-smeta sənədləri qanunveriliciliklə nəzərdə tutulmuş qaydada müvafiq razılaşdırma, ekspertiza prosesindədir.

Qeyd edilən sənədləşmə prosesi başa çatdıqdan sonra yenidənqurma işlərinin icrasına başlanılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button