Ölkə

Ondan kömək istəyən təqaüdçülərin kartlarını taladı

Ondan kömək istəyən təqaüdçülərin kartlarını talayan Lənkəran sakini saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd kartındakı pulun tanımadığı şəxs tərəfindən oğurlandığı barədə polisə məlumat verib.

Lənkəran Şəhər Rayon Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub. 

Araşdırmalarla K.Əlizadənin kömək üçün ona müraciət edən digər 3 təqaüdçünün kartından da oğurluq etdiyi müəyyən edilib. 

O, bankomatların yaxınlığında dayanaraq kömək istəyən təqaüdçülərin kartlarını alaraq əvəzində onlara müddəti bitmiş başqa bank kartları qaytarıb. 

K.Əlizadənin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button