Ölkə

Onlardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alınıb

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq, namizədlərin qeydə alınması normal səviyyədə həyata keçirildi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.

O bildirib ki, proses zamanı sənədləri yerində olmayan iddiaçılardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alınıb:

“Təşviqat mərhələsinə gəlincə, çox geniş imkanlar yaradıldı, harada seçicilərlə görüş imkanı var idisə, orada da yer ayrıldı. Ona görə təşviqatla əlaqədar heç bir müraciət daxil olmadı”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button