Ölkə

Onları liftdə görəndə məni əsmə tutdu, gör necə murdarlarla…

“2018-ci ildə İtaliyada konsertimiz olanda ermənilər provokasiyalar etdilər. Hər vasitədən istifadə etdilər ki, bizim konsertimiz baş tutmasın”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, bunu Əməkdar artist İlkin Əhmədov deyib.

Xanəndə bildirib ki, Fransada da azərbaycanlı sənətkarlar ermənilərin təxribatı ilə üzləşiblər.

“Vətən müharibəsindən sonra isə vəziyyət dəyişib. Heç biri üzə çıxmır. İndi onların üzü yoxdur. Xəcalətdən ölürlər. Ordu dedikləri terrorçu qrupların Azərbaycan tərəfindən məhvi ermənilərə çox böyük zərbə olub. Hədlərini bildirdik, dedik, ay murdarlar, gedin yerinizdə oturun. Terrorçu tayfası yetişdirən kiçik qrupsunuz.

Müharibədən öncə Pekində tədbirdə idik. Qaldığımız hoteldə sən demə mənfurlardan da varmış. Liftdə olarkən 2-3 nəfər də bizimlə birlikdə qalxdı. Onlar düşüb gedəndən sonra bələdçimiz dedi ki, həmin şəxslər ermənilər imiş. Bunu biləndə məni əsmə tutdu ki, gör hansı murdarlarla birgə liftə minmişəm. Həmin gün çox sarsıntı keçirdim. Dedim, gör necə murdarların qarşısında aciz qalmışıq. Amma indi qarşıma çıxmırlar, məğlub olmalarından utanırlar”, – İlkin Əhmədov qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button