Ölkə
Onu tənqid edən aparıcının keçmişini üzünə vurdu: Elə şəklini tapıb yaydı ki…
Türkiyəli tanınmışlar arasında mübahisə yaranıb.
Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, yaranan mübahisə tanınmışların keçmişdəki hərəkətlərini bir-birlərinin üzünə vurması ilə nəticələnib.
Belə ki, qalmaqallı aparıcı Tuğba Ekinci açılış mərasimində işlətdiyi sözlərinə görə müzakirə mövzusuna çevrilib. Onun çıxışına etiraz edənlərdən biri də Beyaz TV-nin aparıcıs Pınar Eliçe olub. O, müğənninin psixi problemlərinin olduğunu, gündəmə gəlmək üçün müxtəlif yollara əl atdığını söyləyib.
Tuğba Ekinci isə aparıcının keçmişini üzünə vurub. O, şəxsi Instagram hesabında Pınar Eliçenin çəkdirdiyi açıq-saçıq fotonu paylaşaraq: “Görün televiziyalar kimlərə qaldı”, – şərhini yazıb.
İsmayıl
Milli.Az