İqtisadiyyat

Ookla analitiki Azərbaycanda mobil şəbəkə üzərindən ötürülmə sürətindən danışdı

Azərbaycanda mobil şəbəkə üzərindən verilənlərin ötürülmə sürəti Mərkəzi Asiya və Qafqaz ölkələrinin göstəricilərindən yüksəkdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-ə Ookla analitiki Silviya Keçiçe deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti internet xidmətlərinə artan tələbatı qarşılamaq və iqtisadi artımın mühüm dayağı olan rəqəmsal transformasiyanı təmin etmək məqsədilə ölkənin genişzolaqlı infrastrukturunun genişlənməsinə investisiya qoyur.

“2023-cü ilin iyun ayında Azərbaycan mobil şəbəkə üzərindən verilənlərin ötürülmə sürətinə görə 40,39 Mbit/san orta sürətlə 59-cu yer tutaraq Qazaxıstan (68-ci yer), Gürcüstan (74-cü yer), Ermənistan (81-ci yer), Qırğızıstan (82-ci yer) və Özbəkistanı (107-ci yer) geridə qoyub. Azərbaycan 4G texnologiyası sayəsində bu ölkələri qabaqlayır. Bu texnologiyaya investisiyaların qoyulması 4G şəbəkəsində verilənlərin ötürülmə sürətini 2022-ci ilin iyun ayındakı 33,75 Mbit/san-dən 2023-cü ilin iyununda 43,46 Mbit/san-dək artırmağa imkan verib. Eləcə də 4G-nin əlçatanlığı 2022-ci ilin iyununda 73,1 faizdən 2023-cü ilin iyununda 80,5 faizədək artıb.+

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button