Ölkə

Oskar” mükafatçısı göz yaşlarını saxlaya bilmədi: “Evimi itirirəm

Hollivud ulduzu və iki dəfə “Oskar” mükafatı laureatı Kevin Speysi məhkəmə xərcləri ucbatından milyonlarla dollar borcu olduğunu və evini itirmək təhlükəsi ilə üzləşdiyini etiraf edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli kanalların birində danışan aktyor göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, aktyorun həyatı yeddi il əvvəl cinsi təcavüz ittihamı ilə dəyişib. O, 1986-cı ildə 14 yaşlı Entoni Reppi zorlamaqda günahlandırılıb. Bundan sonra daha 15 nəfər Speysini cinsi təcavüzdə ittiham edib.

Speysi karyerası boyunca “Oskar”, “Qızıl Qlobus”, “BAFTA” və “Emmy” kimi nüfuzlu mükafatlara layiq görülüb. Lakin son illərdə onun karyerası cinsi təcavüz ittihamları səbəbindən böyük zərbə alıb; o, bir çox layihələrdən uzaqlaşdırılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button