Ölkə

Otellər kəskin bahalaşdı, yerlər isə bomboşdur…

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 3 ulduzlu otellərdə bir gecə qalmaq üçün orta qiymət 82,7 manat təşkil edib, bu, keçən ilin eyni dövrü ilə müqaisədə 26,4%; 4 ulduzlu ootellərdə bir gecə qalmaq üçün orta qiymət 118,2 manat olub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,3%, 5 ulduzlu otellərdə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1% bahalaşma deməkdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi statistikanı Natiq Cəfərli paylaşıb.

O bildirib ki, otellərdə 1 ildə təxminən 30% bahalaşma olub:

“Qəribəsi isə odur ki, qiymətlər kəskin artıb, amma rəsmi rəqəmlərə görə, otellərin doluluq səviyyəsi çox aşağıdır. Bu ilin 1-ci rübündə (2-ci rüb məlumatları yoxdur) Azərbaycan üzrə bütün otellərdə nömrələrin 82%-i boş qalıb! Doluluq səviyyəsi ölkə üzrə cəmi 18% olub!”

Ekspert bildirib ki, əgər rəsmi rəqəmlər doğrudursa, əslində qiymətlər aşağı düşməli idi, çünki otellər yerlərin dolmasını təmin etmək üçün qiymətləri salmalı idilər.

Onun fikrincə, qiymət artımı otellərin dolması, ancaq rəsmiləşdirilməməsi ehtimalını yaradır ki, buna dövlət qurumlarının biganə qalma səbəbləri aydınlaşdırılmalıdır.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button