Ölkə

Özəl tibbi müəssisələrdə xidmətlərin ödənişi necə aparılmalıdır?

Özəl tibbi müəssisələrdə tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi xidmətlərin ödənişi necə aparılmalıdır?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, 2023-cü il yanvarın 1-dən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.12-ci maddəsində edilmiş dəyişikliyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər nağdsız ödənilməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə qanunsuz aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən, tibbi xidmətin dəyəri beş yüz manatdan artıqdırsa, ödənişlər nağdsız qaydada edilməli və bu halda xidmətin dəyərini nağd qaydada qəbul edən özəl tibbi müəssisəyə maliyyə sanksiyasının tətbiqi qanunauyğundur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button