Siyasət
Özbəkistan qondarma “seçkilər”i tanımır
Özbəkistan Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi bildirib.
“Daşkənd Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, həmçinin onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir”, – nazirliyin bəyanatında qeyd edilib.
Qeyd edək ki, sentyabrın 9-da Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.
Milli.Az