Ölkə

“Özü aşiq-məşuqda sayı itirib, amma camaata dərs keçir!”

“Sosial verilişlərdə insanların hissləri ilə oynamayaq. Ora gələn insanlar onsuz da problemlidirlər. Normal insan ailə problemlərini efirdə danışırsa, deməli, anormaldır. Bir az da onu verilişdə müzakirəyə qoyub üstünə gedirik”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Xəbərin var?” verilişində deyib. 

O bu sayaq verilişlərə müraciət edənləri qonaqların ittiham etməsini düzgün saymayıb:

“Həm də həmin adamın üstünə kimlər gedir… Baxırsan, öz ailəsi yoxdur, amma ailə dərsi keçir. Axı özün başdan-ayağa problemsən. Əvvəlcə özünü tərbiyələndir, sosiallaşdır, problemini həll et, sonra mənə dərs keç! 

Biri studiyada oturub, tanıyıram o kimdir, aşiq-məşuqunun sayı hesabı yoxdur. Amma camaata əxlaq dərsi keçir. Stop! Olmaz! O insanlar bədbəxtdir. Problemi olana kömək edə bilirksə, edək. Edə bilmiriksə, sənə kim ixtiyarı verib, üstünə qışqırıb alçaldırsan. Allahdan qorx!”

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button