Ölkə

“Pərişahın mahnısı” ilə sosial şəbəkənin ulduzuna çevrilən Nuray AzTV-də

Son günlər sosial şəbəkələrdə dahi bəstəkar Fikrət Əmirovun “Böyük dayaq” filmində “Pərişahın mahnısı” kimi tanınan nəğməni ifa edərək məşhurlaşan Nuray Şahsuvarlı AzTV-nin canlı efirinə çıxıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, qızcığaz “Gün başladı” verilişində canlı ifası ilə qonaqları təəccübləndirib. 

10 yaşlı Nuray bildirib ki, o Sumqayıtda Bülbül adına 2 nömrəli Musiqili Məktəb Liseyində təhsil alır: 

“Orta məktəbdə altıncı sinifə keçmişəm. Musiqi məktəbdə isə beşinci sinifə keçmişəm”. 

N.Şahsuvarlı, həmçinin əlavə edib ki, sosial şəbəkələrdə trendə çevrilən ifasını rəsm çəkən zaman edib. Qızcığaz daha sonra yenidən “Pərişahın mahnısı” və “Azərbaycan maralı” mahnılarını canlı səsləndirib. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button