Mövqelərimiz atəşə tutulub

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür. Milli.Az Qazi.az

Bakı ətrafına təhlükəsizlik kəməri çəkir – Düşmənin planı FİASKOYA UĞRAYIR

“Prezident İlham Əliyev bütün səfərləri ilə, mesajları ilə sübut edib ki, qlobal təfəkkürə malik mahir diplomatdır, strateqdir və son gerçəkləşən səfərləri, eləcə də ölkəmizdə qəbul etdiyi qonaqlar ölkəmizin geosiyasi strategiyasının reallaşmasına hesablanıb”. Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib. O bildirib ki, Ermənistan Azərbaycana qarşı məkrli niyyətlər güdür, çox qərəzli… Continue reading Bakı ətrafına təhlükəsizlik kəməri çəkir – Düşmənin planı FİASKOYA UĞRAYIR

Qaz şantajı cəhdi: Avropalı “müşahidəçilər” yeni, çirkli oyuna başladılar

Avropa İttifaqının Ermənistana yolladığı müşahidəçi missiyasını Azərbaycana qarşı təzyiq vasitəsinə çevirmək istəyirlər. Məqsəd Bakını “qaz şantajı”na məruz qoymaq və Azərbaycan qarşısında şərtlər qoymaqdır. “Ermənistanla Azərbaycan arasındakı sərhəddə keçirdiyimiz monitorinqlərin və patrul nəzarətinin nəticələrinin sürəkli əks olunduğu hesabatları Bakıya da yollayırıq. Ermənistanda missiyamızla bağlı qərar qəbul ediləndə Bakı ilə münasibətlərin başqa ssenarisinə ümid edirdik. İndisə hesabatları… Continue reading Qaz şantajı cəhdi: Avropalı “müşahidəçilər” yeni, çirkli oyuna başladılar

DİQQƏT! Bakının mərkəzində daha bir neçə küçə bağlanır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir. Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tikinti işləri ilə bağlı açıqlamasında bildirilib. Məlumata görə, hazırlıqlar çərçivəsində aparılan quraşdırma işləri səbəbindən bu gün gecə saat… Continue reading DİQQƏT! Bakının mərkəzində daha bir neçə küçə bağlanır

İlham Əliyevin bəyanatı ABŞ-ı “SİLKƏLƏDİ”: Rusiya Qarabağ istiqamətində AKTİVLƏŞDİ

May ayının ikinci yarısında İlham Əliyev və Nikol Paşinyan arasında Vaşinqtonda görüşün baş tutmaq ehtimalı ilə bağlı erməni mediasında yayılan məlumatlar Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqla Ermənistan başda olmaqla böyük güclərin də hesablaşmalı olduğunun növbəti təsdiqidir.  Bu məlumatın dərhal ardınca Rusiya və erməni sosial şəbəkə seqmentində, eləcə də KİV-də sürətlə “Qarabağ erməniləri Rusiya sülhməramlıları vasitəsilə… Continue reading İlham Əliyevin bəyanatı ABŞ-ı “SİLKƏLƏDİ”: Rusiya Qarabağ istiqamətində AKTİVLƏŞDİ

Yol polisi sürücülərə müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yolun hərəkət hissəsində dayanan avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib. İdarədən Milli.Az-a verilən məlumata görə, aparılan təhlillər deməyə əsas verir ki, xüsusilə yaşayış məntəqələrindən kənarda nəqliyyat vasitələrinin təhlükəsizlik qaydalarına əməl etmədən yolun hərəkət hissəsində dayandırılması ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. “Nəqliyyat vasitəsi sıradan çıxdıqda… Continue reading Yol polisi sürücülərə müraciət etdi

Azərbaycanın Aİ-yə hidrogen ixracından gəliri bu qədər olacaq

Azərbaycan Avropaya effektiv və səmərəli şəkildə hidrogen nəql edə bilər. Bu barədə Trend-ə “Boston Consulting Group” (BCG) şirkətinin idarəedici direktoru və partnyoru Vladimir Roqov deyib. “Azərbaycanda hidrogen sektorunun inkişafı üçün zəruri olan bütün elementlərin unikal şəkildə birləşdiyini görürük. Təbii sərvətlər var, infrastruktur var, istehlakçı da var. Bütün bunlar kompakt bir regiondadır. Azərbaycanın bərpa olunan enerji… Continue reading Azərbaycanın Aİ-yə hidrogen ixracından gəliri bu qədər olacaq

Bir qrup Qərbi azərbaycanlı qadın Ursula fon der Layenə məktub yazdı

Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidenti Ursula fon der Layenə müraciət edərək, Ermənistanın törətdiyi etnik təmizləmə və digər insanlıq əleyhinə cinayətlər barədə məlumat vermiş və qadın və uşaqların xüsusi ehtiyacları nəzərə alınmaqla, azərbaycanlıların öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına Avropa Komissiyasının praktik yardımlarını xahiş etmişdir. Qurumdan Milli.Az-a verilnə məlumata görə, Qərbi Azərbaycandan… Continue reading Bir qrup Qərbi azərbaycanlı qadın Ursula fon der Layenə məktub yazdı