Ölkə

Pakistanda aldadılıb istismar olunmuş Azərbaycan əsilli qadınlar xilas edildi

Pakistanın Federal Təhqiqat Agentliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Ravalpindi şəhərində mənzildə bağlı qalmış 4 qadın və 3 uşağı xilas edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, qadınlar Azərbaycan əsillidir. Onlar bu ölkəyə iş adı altında gətiriliblər. Qadınların cinsi istismar olunduqları bildirilir. Vurğulanır ki, qadınlar Pakistana müddəti bitmiş viza ilə gəliblər və orada qeyri-qanuni yaşayıblar. Reyd zamanı qadınların pasportları da götürülüb.

İnsan Alverinə Qarşı Mübarizə Departamenti üç insan alverçisinə qarşı cinayət işi açıb.

Qeyd edilir ki, hazırda cinayətkarların saxlanılması üçün xüsusi qrup yaradılıb və müxtəlif ərazilərdə əməliyyatlar keçirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button