Uncategorized

Paris ermənilərə silah satmaq istəyir: Makron Paşinyanı uçuruma aparır

Fransa Prezidenti Emmanauel Makron Ermənistana siaz-sursat, hərbi texnika, xüsusilə də hava hücumundan müdafiə vasitələrinin verilməsinə göstəriş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İlkin mərhələdə Parisin İrəvana 50 zirehli transportyor (ZTR) və “Mistral” hava hücumundan müdafiə raket sistemlərinin verilməsi nəzərdə tutur.

Rəsmi Paris hələlik yalnız informasiya “axını” səviyyəsində olan vədlərini yerinə yetirərsə, Rusiya Federasiyası və İranla birlikdə Ermənistanın üç əsas hərbi-siyasi hamilərindən birinə çevriləcək.

Proses indi başlamayıb: ötən ilin noyabrında İsrailin “Hamodia” nəşri Friansanın Ermənistana hücum silahları və ağır hərbi texnika vermək niyyətindən xəbər vermişdi.

“Parisin bu əməliyyatı gerçəkləşdirəcəyi təqdirdə ilk udan tərəflər Rusiya Federasiyası və İran olacaq. Avropa İttifaqının enerjidaşıyıcıları bazarında Rusiyanın əsas rəqibi Azərbaycandır. İran isə Fransa silahları və hərbi texnikası sayəsində potensialını az da olsa, bərpa edəcək Ermənistan Silahlı Qüvvələrindən regional geosiyasi arenada Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərəcək”, – “Hamodia” vurğulayırdı.

Cənubi Qafqazda əslində çağdaş qlobal siyasətdə çox nadir rastlanan konfiqurasiya formalaşıb: Fransa, Rusiya və İran kimi amansız rəqabətdə olan ölkələr “erməni məsələsi”ndə ciddi fikir ayrılıqlarına malik olsalar da, İrəvanı idarə etmək və erməniləri kontrolda saxlamaq müstəvisində az qala situativ müttəfiqlərə çevriliblər.

Fransanın Ermənistanla bağlı yürütdüyü siyasətin səbəbləri mürəkkəb və ya çətin təxminlənən deyil.

Emmanuel Makronun qəsdən, aqressiv şəkildə Ermənistanı və erməniləri “var gücü” ilə dəstəkləməsinin vəsilələri iki müstəviyə parçalanır: daxili və xarici siyasət.

Daxili siyasi arenada hakimiyyətinin sosial dayaqlarını möhkəmləndirməyə çalışan E.Makron qarşıdan gələn seçkilərə indidən hazırlaşaraq Fransada yaşayan erməni icmasından maksimum yararlanmaq fikrindədir.

Fransadakı ermənilərin təqribən 320 min nəfər səsvermə hüuququna malik şəxslərdən ibarət olduğunu nəzərə alsaq, bu siyasi aktiv kütlə istənilən siyasi təşkilatın, hərəkatın, partiyanın və ya koalisiyanın bələdiyyə, parlament və prezident seçkilərindəki nəticələrinə əhəmiyyətli təsir imkanlarına malikdir.

E. Makron da Fransadakı erməni diaspor təşkilatları ilə sıravi erməniləri öz tərəfinə çəkmək, onları elektoral bazasına çevirmək niyyətindədir.

O, bunu etməsə, ermənilər mütləq şəkildə E.Makronun siyasi rəqiblərindən birini və ya bir neçəsini dəstəkləyərək Yelisey Sarayındakı indiki iqtidarın hakimiyyətlə vidalaşmaq məcburiyyətində qalmasının səbəbkarlarına çevrilə bilərlər.

Məhz bu səbəbdən E.Makron və komandası ilə yanaşı, onun istisnasız olaraq bütün (!) siyasi opponentləri və rəqibləri 2020-ci ildəki 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra “ermənidən artıq erməni” olduqlarını göstərərək ermənilərə və Ermənistana dəstək verməyə başlayıblar.

Fransa parlamentinin hər iki palatasında ermənilərə dəstək verilən qərarlarla qanun layihələrinin qəbulu, fransalı deputatlarla senatorların, bələdiyyə sədrləri ilə siyasətçilərin aramsız olaraq Ermənistana səfərlərinin əsas səbəbi də budur.

Xarici siyasət müstəvisinə gəldikdə isə, Ermənistana hamilik etməklə Fransa Cənubi Qafqazdakı proseslərə hələlik cüzi, effektivlik səviyyəsi şübhəli olsa da, təsir rıçaqlarına yiyələnmək fikrindədir.

Bu, Parisin ilkin mərhələ ilə bağlı planıdır.

Sonrakı mərhələdə isə Fransanın məqsədi Rusiyanı Ermənistandan ümumiyyətlə, sıxışdırıb çıxarmaq, rəsmi İrəvanı Parisin farvaterinə salmaq və Fransanın bölgə ilə bağlı geosiyasi planlarında göstərişləri vaxtında, müfəssəl və operativ yerinə yetirən asılı dövlətə çevirməkdir. Bütün bunların təbii ki, “Ermənistanda demokratiyanın, insan haqlarının dəstəklənməsi, iqtisadi inkişafa təkan və Ermənistanın Qərbə inteqrasiyasının sürətlənməsi” sousu altında gerçəkləşdirilməsi nəzərdə tutulub.

Son mərhələdə isə Ermənistan Frasna üçün İranla kommunikasiyalarda aralıq məkan olmalı və eyni zamanda, Cənubi Qafqazdakı perspektiv transmilli və ya transregional layihələrdə Parisi razı salmayacaq məqamlarda kəskin təsir-təzyiq elementinə çevrilməlidir.

Fransanın dövlət başçısı Emmanuel Makronun destruktiv mövqeyi nəticəsində Parisin bölgədəki siyasəti və təsiri birmənalı olaraq neqativ, hətta təhlükəlidir.

E.Makron bilərəkdən bölgədə Rusiya Federasiyası və İranın imkanlarını artırır, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə süni maneələr yaradır, hərəkəti əngəlləməyə çalışır.

Eyni zamanda Fransa bölgədə İsrailin geosiyasi imkanlarını minimuma endirməyə çalışaraq Təl-Əvivin sərt antoqonisti rolunda çıxış edir.

İsrailin Azərbaycan üçün strateji tərəfdaş, müttəfiq və dost ölkə olduğunu xatırlasaq, Parisin əsas məqsədi dövlətimizin mövqelərinin zəiflədilməsidir.

Ən nəhayət, Fransanın Ermənistana zirehli transportyorlar və raket kompleksləri yollamağa hazırlaşması ilə bağlı iddiaların Türkiyədəki seçkilər ərəfəsində yayılması təsadüfi deyil.

Emmanuel Makron son üç ildə aramsız olaraq özünü Aralıq dənizinin şərq hissəsi ilə yanaşı, Cənubi Qafqazda Türkiyənin əsas rəqibi və əvəzi kimi göstərməyə çalışır.

Beləliklə, rəsmi Paris ATƏT-in Minsk Qrupuna həmsədr ölkə olduğu gündən bəri Azərbaycanla bağlı tutduğu mövqelərə konstruktivlik və praqmatizm elementləri gətirmək, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları nəzərə alaraq Bakı ilə normal və adekvat münasibətlər qurmaq əvəzinə məntiqsiz davranışlarını davam etdirir.

Fransadakı erməni icmasının səsləri və ya Ermənistandan bölgədə təzyiq elementi qismində istifadə etmək planları bitkin təsir bağışlamadığından sadəlövh illüziyalardır.

Təbii ki, Fransa ilə Azərbaycan siyasi, iqtisadi, geosiyasi, maliyyə və s. məqamları baxımından müqayisə oluna bilməz. Lakin rəsmi Paris dünyanın istisnasız olaraq bütün bölgələrində olduğu kimi, Cənubi Qafqazda da qüsurlu, hətta naqis və diletant diplomatiya tətbiq etdiyindən sürəkli məğlubiyyətlərə düçardır.

Emmanuel Makronun ambisiyaları böyükdür, amma onun real imkanları və hadisələrə təsir gücü istəkləri ilə tam əksdir.

Paris bunu nə qədər tez dərk edərsə, Fransa növbəti ağrılı diplomatik və geosiyasi məğlubiyyət ehtimalından bir o qədər tez qurtular.

Elçin Alıoğlu
Trend

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button