Ölkə

“Parlament seçkiləri 30 ildən sonra Qarabağı və Şərqi Zəgəzuru əhatə etdi”

“Sentyabrın 1-də baş tutan VII çağırış Milli Məclisə seçkilərin tarixi özəlliyi ondan ibarətdir ki, seçkilər 30 ildən sonra ilk dəfə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilən Qarabağda və Şərqi Zəngəzurda keçirildi. Xankəndində, Şuşada, Əsgəranda, Xocalıda və digər işğaldan azad edilən ərazilərdə seçkilərin keçilməsini müşahidə edərkən bir daha ordumuzla qürur düyur , Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin müdirik, uzaqgörən hərbi, siyasi, diplomatik strategiyası ilə fəxr edirik”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu SİA-ya açıqlamasında  “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor onu da müsbət hal olaraq qiymətləndirib ki, seçkilərin azad və demokratik şəraitdə keçirilməsini seçki prosesini yaxından izləmiş beynəlxalq müşahidəçilərdə təsdiq edirlər: “Hələ seçki ərəfəsi  imzaların toplanmasında  və imzaların dairə seçki komissiyalarına təqdim edilməsində və qeydə alınan namizədlərin ərazi üzrə bir-birinə qarşılıqlı hörmət şəraitində  təbliğat -təşviqat kampaniyasının aparılmasında hər hansı ciddi problemlər olmayıb”.

Bəhruz Quliyev seçki prosesini çoxsaylı yerli və xarici media nümayəndələrinin də yaxından izlədiyini və bu zaman hər hansı neqativ halla rastlaşmadıqlarını söyləyib: “Seçki prosesini yaxından izləmək üçün dairə və məntəqə seçki komissiyalarında KİV-lər üçün hər cür şərait yaradılmışdır. Bununla yanaşı KİV təmsilçilərinin üzləşə biləcəkləri təzyiqlərin, narazılıqların, informasiyanın toplanmasına maneəçiliklərin dərhal həll edilməsi üçün Mətbuat Şurasında “qaynar xətt” yaradılmışdır. Bildiyim qədər seçki günü  hansısa media nümayəndəsinin “qaynar xətt”ə şikayət ünvanlaması ilə bağlı məlumat daxil olmayıb. Bu da media nümayəndələrinin  seçki prosesini azad  şəraitdə izləyib, informasiya topladıqlarını göstərir”.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button