Cəmiyyət
Parlament seçkilərini müşahidə edəcək müşahidəçilərin SAYI
1 sentyabr növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
o deyib ki, indiyə qədər 2794 müşahidəçi qeydə alınıb. Onların 1867-si öz təşəbbüsü ilə irəli sürülüb, 569-u iki QHT tərəfindən irəli sürülüb, 126-sı isə seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün YAP tərəfindən irəli sürülən xüsusi icazə alınan müşahidəçilərdir .
ATƏT Təsisatlar və İnsan Hüquqları Bürosunun isə 11 beynəlxalq müşahidəçisi qeydə alınıb.