PAŞA Holding-in dəstəyi ilə Gender Hub Azerbaijan sosial platforması tərəfindən “Woman Bazaar
PAŞA Holding-in dəstəyi ilə 3 ayı əhatə edəcək olan multidisiplinar festivalın əsas məqsədi həssas qrupu – valideyn(lər)ini itirmiş, əlilliyi olan, məcburi köçkün, məişət zorakılığından əziyyət çəkmiş və s. təmsil edən qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, onların sosiuma reinteqrasiyasını sürətləndirmək, həmçinin, mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.
Müsbət geri dönüşlərə əsaslanaraq 3-cü dəfə həyata keçiriləcək “Woman Bazaar – Dayanıqlı İnkişaf Festivalı” Azərbaycanın istənilən bölgəsindən 14-40 yaş arası 80 qadın sahibkarın fəaliyyətini dəstəkləməyi hədəfləyir. Qeyd edək ki, 2022 -ci ilin dekabr ayında həyata keçirilmiş Woman Bazaar-dan icmal görüntünü buradan (https://www.instagram.com/p/CmvR7xTL1I1/) keçid edərək izləyə bilərsiniz. “Woman Bazaar – Dayanıqlı İnkişaf Festivalı” əvvəl keçirilmiş festivallardan fərqli olaraq 3 ayı- avqust, sentyabr, oktyabr əhatə edəcək və seçilmiş qadın sahibkarlar bu aylar ərzində ardıcıl olaraq “Təlim”, “Festival günləri”, “Mentorluq” mərhələlərində iştirak etmə şansı əldə edəcəklər.
Festival haqqında əsas məlumatlar:
Qeydiyyat üçün: LİNK (http://bit.ly/3Y8lpJZ)
Son tarix: 28 iyul 2023 23:59
Alıcı qismində qadın sahibkarlığının inkişafına dəstək olmaq istəyən hər kəs (sadə vətəndaşlar, Dayanıqlı İnkişaf Məqsədlərini hədəf alan icma, sosial platforma və təşkilat nümayəndələri və s.) festivalda iştiraka dəvətlidir. Festivalda iştirak ödənişsizdir.