Ölkə

Paşinyan bu dəfə Gürcüstana üz tutdu

Xəbər verildiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 9-da bir neçə dövlət başçıları ilə əlaqə saxlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, Paşinyan zəng etdiyi şəxslərlə Qarabağdakı vəziyyəti müzakirə edib.

Görünür, Paşinyan panikaya düşərək zəng etdiyi şəxslərdən imdad diləyir. O, bununla yanaşı ardı-arası kəsilməyən təxribatlara yol verir. Ancaq Azərbaycandan qorxub çəkinir. Bu kimi atdığı addımlarla qorxusunu gizlədə bilmir.

Bu da onun sübutudur ki, o, Cənubi Qafqazın üçüncü ölkəsi olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə də telefon əlaqəsi saxlayıb.

İstisna deyil ki, Paşinyan bundan sonra da digər dövlətlərin başçılarına zəng edəcək, yəni bu, onun sonuncu zəngi deyil. O, hər zəngi ilə dövət başçılarından Azərbaycandan öz xahişlərini yerinə yetirməsini istəyəcək.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button