Paşinyan: İstəyirsinizsə, məni güllələyin!

Paşinyan: İstəyirsinizsə, məni güllələyin!

Ermənistanda hərbi tribunalın yaradılması məsələsinə baxılır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyada erməni icması ilə görüşündə deyib.

“Ermənistanda ixtisaslaşmış məhkəmələr var. Gündəliyə hərbi tribunalın yaradılması məsələsi də daxildir”, – deyə Paşinyan bildirib.

Erməni baş nazir özünün mühakimə olunması məsələsini də şərh edib:

“Siz demək istəyirsiniz ki, mən mühakimə olunmağıma və güllələnməyimə razı olmalıyam? 2020-ci il müharibəsində xalq qarşısına çıxdım və dedim: Əgər hesab edirsinizsə ki, məni güllələmək lazımdır, o zaman mən divara söykənərəm. Əgər hansısa zamanda xalq buna qərar versə, hazıram. İstəyirsinizsə, güllələyin”.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir