Ölkə

Paşinyan son açıqlaması ilə sülh tərəfdarı olmadığını isbatladı

Regionda davamlı sülhün yaranmasının qarşısının alınması üçün Ermənistan və onun havadarı olan dövlətlər tərəfindən müxtəlif cəhdlər edilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesinin öz məntiqi sonluğuna çatması istiqamətində addımlar intensivləşdikcə, bu addımların heçə endirilməsi üçün də rəsmi İrəvan və onun himayədarları əllərindən gələn hər şeyi edirlər.

“Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarını da bu qəbildən saymaq olar. Daha əvvəlki açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edən Paşinyan, indi yenidən mövqe dəyişdirərək başqa iddialar edir. Paşinyan əslində bu cəfəng açıqlamaları ilə özünün əsl mahiyyətini növbəti dəfə üzə çıxardı.

İlk növbədə vurğulamaq laızmdır ki, 44 günlük müharibədən və Ermənistanın kapitulyasiyasından sonra 30 illik işğalçılıq dövründə dünyada heç bir ölkənin, heç bir qurumun, o cümlədən də Ermənistanın özünün ərazi vahidi kimi tanımadığı qondarma “DQR” haqqında bütün iddiaların üzərindən birdəfəlik xətt çəkildi.

Paşinyanın yenidən bu kontekstdə iddialar səsləndirməsi hazırki sülh danışıqları prosesinin sonu deməkdir. Paşinyan bununla sülh tərəfdarı olmadığını isbatladı, guya Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə dedikləri cəfəngiyyatdan və baş aldatmağa çalışmaqdan başqa bir şey deyil. Lakin erməni baş nazir unutmamalıdır ki, onun “Qarabağ Ermənistandır, nöqtə” açıqlamasından sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında sübut etdi ki, “Qarabağ Azərbaycandır, nida”. Paşinyanın yenidən bu tip açıqlamaları onlara baha başa gələ bilər”, – deyə A.Qarayev əlavə edib.

Ermənistanın “humanitar şou” məsələsinə toxunan A.Qarayev qeyd edib ki, bu ermənilərin ənənəvi taktikasıdır:

“Onlar hər zaman özlərini yazıq kimi göstərib xarici dövlətlərdən yardım almağa çalışırlar. Əlsində isə məqsəd başqadır. Ermənistan Laçın yolu vasitəsilə silah və digər qanunsuz daşımaları rahat şəkildə həyata keçirmək istəyir. Azərbaycan dövləti isə heç bir halda buna imkan verməyəcək. Hər hansısa “humanitar şou” və ya Paris meri kimi erməni lobissinin əlaltıları Azərbaycana təzyiq gösətərə bilməz!”

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button