Siyasət

Paşinyan sözlərini niyə dandı? – İkiüzlü siyasətin “günahsız” qurbanları

Dəfələrlə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını müxtəlif platformalarda, hətta beynəlxalq məkanda rəsmən bəyan edən, “Qarabağ Azərbaycanındır” deyən, Qarabağ mövzusunun məhz Bakı-Xankəndi birbaşa təmasları ilə nizamlanmasının vacibliyini bildirən Nikol Paşinyan indi dediklərini danır. O, sözünün üstündə durmaq əvəzinə son açıqlamasında Azərbaycanın qarşısına şərt qoyub, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsini qabardıb. Paşinyan bildirib ki, yekun sülh sazişində mütləq bu barədə xüsusi maddə yer almalıdır, yoxsa bu mümkün olmayacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Gah nala, gah mıxa vuran Paşinyanın dediklərini danması təəccüblü deyil, bu onun ikiüzlü xarakterinin göstəricisidir. Ermənistanın Baş nazirinin bu açıqlaması bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edir və hal-hazırda aparılan sülh prosesinə ciddi zərbə vurur. Bu açıqlama Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına aşkar şəkildə xidmət edir.

Paşinyan bu yolla vəziyyəti mümkün qədər gərginləşdirmək, reinteqrasiya məsələsini gündəmdən çıxararaq, müzakirəyə “Ermənistanın təhlükəsizliyinin təminatı məsələsi”nin və “qarabağlı ermənilərin təhlükəsizliyinin təmin edilməsi”nin çıxarılması niyyətindədir. O, hər yolla danışıqlar prosesini uzatmağa çalışır. Təbii ki, Paşinyan Bakının buna nə cavab verəcəyini çox yaxşı bilir.

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan sosial şəbəkədə yazıb ki, dünənki hadisə ( Ordumuzun ermənistan silahlı qüvvələrinin atəşkəsi pozmasına “cavab”ını nəzərdə tutur ) Azərbaycanın Ermənistana öz öhdəliklərini yerinə yetirməsi üçün bir xəbərdarlığıdır. Ermənistan parlamentinin deputatı Tiqran Abramyanın dediyinə görə həftə ərzində Ermənistan silahlı qüvvələri 8 itki verib.

“Təbii ki, əgər belə hərbi dövrün baş komandanı Paşinyandırsa, o zaman bütün bunların baş verməsi möcüzə sayılmamalıdır”, – deyə Abramyan qeyd edib.

Separatçılar çox yaxşı başa düşür ki, Bakı artıq qərarını verib. Axır-əvvəl biz dediyimizlə razılaşmalıdırlar. Lakin, mümkün olan hər xırda fürsəti dəyərləndirərək, ikiüzlülük nümayiş etdirərək prosesi uzatmağa, vaxt qazanmağa, reinteqrasiya prosesinə mane olmağa çalışırlar. Amma, bu ikiüzlü siyəsətin, qərarsızlığın ən böyük qurbanı sadə vətəndaşları olur. Onlar anlamalıdırlar ki, Paşinyan və ya başqası, o postda kimin varlığından asılı olmayaraq Azərbaycanın qərarı qətidir, Rəsmi Bakının və Müdafiə Nazirliyinin bəyanatında da bildirdiyi bu kimi pozuculuq cəhdləri lazımı şəkildə cavablandırılacaq.

Bəxtiyar Umarlı

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button