Paşinyanın qələbə təbriki – Faşist babalarının adını çəkməyi UNUTDU

Paşinyanın qələbə təbriki - Faşist babalarının adını çəkməyi UNUTDU

Bu gün bəşəriyyət Faşizm üzərində Qələbənin növbəti ildönümünü qeyd edir. Düz 78 il bundan öncə bəşəriyyət birgə səylərlə faşizm üzərində Qələbə qazanmağa müvəffəq oldu. Və bu uğurun qazanılmasında Azərbaycan xalqı da əvəzsiz rol oynadı. Milyonlarla soydaşımız ön və arxa cəbhədə inanılmaz, böyük səylə qəhrəmanlıq göstərdi. Məhz həmin Qələbəni bizlərə yaşadan babalarımızın nəvə-nəticələri 2020-ci ildə növbəti Qələbəyə imza atdılar. 30 il erməni faşistlərinin işğalı altında olan torpaqlaırmızı azad etdilər.
Yeri gəlmişkən, Qələbə ilə bağlı postsovet məkanına daxil olan ölkələrin rəhbərləri ənənəvi təbrik müraciətləri yayıblar və onların sırasında Ermənistan baş naziri Nikol Paşinyan da olub. Paşinyanın Qələbə müraciətində maraqlı məqam onun Qarabağ müharibəsində üzləşdikləri biabırçı məğlubiyyətlə bağlı etirafıdır. Baş nazir üç ildir ki, 9 Mayı kədər və qüssə ilə keçirmələrindən bəhs edib. 44 günlük müharibədən öncə azərbaycanlılara məxsus tarixi Şuşa şəhərində “yallı” gedən Paşinyan indi bu acı məğlubiyyətə görə beynəlxalq qüvvələri ittiham edir. Azərbaycanın işğala son qoyması ilə regionda təhlükəsizlik sisteminin deformasiyaya uğradığını iddia edir.

Ermənilərin müharibədə göstərdikləri qəhrəmanlıqlardan bəhs edən Paşinyan nədənsə “Njde” ləqəbli faşist əlaltısı Qaregin Ter-Arutyunyanın “qəhrəmanlıq”larına toxunmayıb. Üçüncü Reyxin əsas adamlarından olan bu şəxs əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı aktlarının törədilməsi planının ideoloji banilərindən sayılır. Onun nasist cəbhəsində 1942-ci ildə Ukraynadan olan legionu Ukraynadakı yəhudilərə və başqa millətlərə qarşı kütləvi qətliamlar törədiblər. Ermənistan və erməni diasporu bu gün bu şəxsin timsalında faşizmin qəhrəmanlaşdırır, abidələr ucaldırlar. Maraqlıdır ki, Nikol Paşinyanın babası da bu sıradadır. Onun bir neçə il əvvəl İkinci Dünya müharibəsində iştirak etmiş babasının fotosunu paylaşması Ermənistanda birmənalı qarşılanmayıb. Xatırladaq ki, ictimaiyyətin nümayəndələri baş nazirin paylaşımına dərhal reaksiya verərək bildiriblər ki, onunla eyni ad-soyadı daşıyan babası 1943-cü ildə Qaregin Njde ləqəbli nasist əlaltısı Qaregin Ter-Arutyunyanın legionunda vuruşub. Bu, xəyanəti həyat tərzinə çevirmiş ermənilərin iç üzünün növbəti ifşasıdır.

Və sonda qeyd edək ki, bu ölkədə güclü faşizm ənənəsinin olduğu tarixi reallıqdır. Əsrlər boyu terror, satqınçılıq, güclüyə yarınmaq, zəifə aman verməmək ideyasını əsas götürüblər. Məhz azərbaycanlıların öz vətənlərindən deportasiyası da bu ideyaların tərkib hissəsi olub. 

Azər Nuriyev
Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir