Ölkə

Paytaxtda növbəti ümumşəhər iməcliyi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin səyləri ilə Bakı şəhəri bu gün keyfiyyətcə yeni səviyyəyə yüksəlib, şəhərdə abadlıq və yenidənqurma işləri geniş vüsət alıb, yeni yaradılan park və istirahət bağları onu daha da gözəlləşdirib, simasını dəyişib.  Görülən işlər paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılmasında, təmizlik işlərinin daha da yüksəlməsində mühüm rol oynayır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İsti yay günlərində park və yol kənarlarında ağac və yaşıllıqlara diqqətin daha da artırılması, dünyanın bir çox ölkələrindən paytaxtımıza gələn xarici turistlərin sayının xeyli artması ilə bağlı şəhərdə əlavə təmizlik işlərinin görülməsi, prospekt, küçə,  həyət  və məhəllələrin daha da gözəlləşdirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq iyul ayının 22-də paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib. İməclik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib.

Kommunal xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun əkilən yeni ağac, kol və güllərə, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.

İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Təmizlik işlərində obyektlərin əməkdaşları da fəallıq göstəriblər. 

İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button